• Bakı 19° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

“Fransayla oyunda bizə Allah kömək etməlidir” - Emin Mahmudov

İDMAN

23 Aprel 2025 | 11:40

“Fransayla oyunda bizə Allah kömək etməlidir” - Emin Mahmudov

“Neftçi”nin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov yutubda yayımlanan “Podkat” verilişinin qonağı olub.

Bakıvaxtı.az xəbər verir ki, o, Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşçı keçirəcəyi oyunlardan danışıb. 

Təcrübəli futbolçu həmin matçlarda millimizin xal qazanmaq şansının olmadığını bildirib: “Bu matçda bizə Allah kömək etməlidir. Meydana 8 müdafiəçi və 2 hücumçu ilə çıxmalıyıq (gülür). Ümumiyyətlə, yalandan deyək ki, Mbappeni bağlayacağıq, Dembeleyə oynamağa imkan verməyəcəyik, bu inandırıcı olmaz. Sadəcə bəzən qeyri-adi matçlar keçir. Məsələn, Portuqaliyaya qarşı elə oyun olmuşdu. Yəni ancaq elə ola bilər”. 


SON XƏBƏRLƏR