• Bakı 16° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Azərbaycan Tələbə Liqasının final qarşılaşması keçirilib

İDMAN

22 May 2025 | 17:34

Azərbaycan Tələbə Liqasının final qarşılaşması keçirilib

2024/2025-ci il mövsümündə Azərbaycan Tələbə Liqasının final qarşılaşması keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, həlledici oyunda Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası Azərbaycan Texniki Universitetinin (AzTU) komandası ilə üz-üzə gəlib. Qarşılaşma ASA komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu nəticə ilə ASA ardıcıl ikinci dəfə Azərbaycan Tələbə Liqasının qalibi olub. Liqanın fəaliyyətə başladığı gündən etibarən Akademiyanın futzal komandası qələbə qazanaraq, bütün oyunlarda xal itirmədən çempion adını qoruyub.

ASA həm 2023/2024, həm də 2024/2025-ci illərdə keçirilən mövsümlərdə maksimum nəticə göstərərək çempion olub.


SON XƏBƏRLƏR