• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Qarabağ”a Avropa ölkələrindən 5 təklif

İDMAN

24 Mart 2025 | 20:45 | Müəllif: Subhan Mahmudov

“Qarabağ”a Avropa ölkələrindən 5 təklif

“Qarabağ” Avropanın müxtəlif ölkələrindən 5 təklif alıb.

Bakıbaxtı.az xəbər verir ki, bu barədə Sportinfo.az-a klubun futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Son illər uşaq futboluna diqqəti bir qədər də artıran Ağdam təmsilçisinə Türkiyə, İsveç, Niderland, Avstriya və Belçikadan dəvət gəlib:

“Bilirsiniz ki, “Qarabağ” beynəlxalq turnirlərdə tez-tez iştirak etməyə başlayıb. Ötən il bir neçə belə yarışa yollanmışdıq. İndi də bu istiqamətdə danışıqlar gedir. Təşkilatçı klubların hamısı Avropada sayılıb-seçilənlərdir. “Qarabağ” tanındığı üçün istəyirlər ki, biz də onların turnirlərində iştirak edək.

Proqram hazırlanır. Həmin proqrama əsasən, aprel, may, iyun və iyul aylarını Avropada keçirə bilərik. Təklif bütün yaş qruplarını əhatə eləyir”, - A.Hacıyev qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026