• Bakı 18° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

III MDB Oyunlarına 5500-ə yaxın iştirakçının qatılacağı gözlənilir

İDMAN

23 Aprel 2025 | 11:07

III MDB Oyunlarına 5500-ə yaxın iştirakçının qatılacağı gözlənilir

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 5500-ə yaxın iştirakçının qatılacağı gözlənilir.

Bakıvaxtı.az xəbər veir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova III MDB Oyunlarına həsr olunan mətbuat konfransında deyib.

O, turnirin açılış və bağlanış mərasiminin Gəncə şəhər stadionunda, uyğun olaraq, sentyabrın 28-də və oktyabrın 8-də baş tutacağını söyləyib.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.


SON XƏBƏRLƏR