• Bakı -0° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Zelenskidən Trampın "diktator" sözünə reaksiya...

DÜNYA

23 Fevral 2025 | 23:09

Zelenskidən Trampın diktator sözünə reaksiya...

Ukrayna lideri ABŞ Prezidenti Donald Trampı onu diktator adlandırmasından incimir.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Ukrayna 2025-ci il" forumu zamanı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, onun emosiyaya vaxtı yoxdur:

"Ona görə də hazırkı administrasiya ilə münasibətlərimizə praqmatik yanaşıram. Və bunu etməyə davam edəcəyəm. Təbii ki, prezident Trampın mənə ünvanladığı bu sözləri, yumşaq desək, tərif adlandırmazdım. Amma niyə inciyim? Diktator olan şəxs diktator sözündən inciyər. Biz birtəhər ABŞ ilə yaşayacağıq".

Zelenski qanuni yolla seçilmiş prezident olduğunu vurğulayıb:

"Güc yolu ilə hakimiyyətə gəlmədim. 73% məni seçdi".


SON XƏBƏRLƏR

23 Fevral 2025