• Bakı -0° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

"Tesla" avtosalonu atəşə tutuldu: Cinayətkarlar İlon Maska təhdid mesajı qoydu

DÜNYA

23 Fevral 2025 | 14:34

Tesla avtosalonu atəşə tutuldu: Cinayətkarlar İlon Maska təhdid mesajı qoydu

ABŞ-də naməlum şəxslər "Tesla" avtosalonuna atəş açıb və şirkətin qurucusu, sahibkar İlon Maskı öldürməyə çağırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Salem Reporter" portalı məlumat yayıb.

Hadisə fevralın 19-da, çərşənbə günü səhər saatlarında Oreqon ştatının Salem şəhərində baş verib. Hücum nəticəsində salonun pəncərələri və bir neçə avtomobil zədələnib.

Salamat qalan pəncərələrdən birinə cinayətkarlar "İlonu öldürün" yazılı qeyd yapışdırıblar.

Hazırda polis baş verənləri araşdırır. Yerli hakimiyyət orqanları hesab edir ki, hücum Maskın sosial şəbəkələrdəki açıqlamaları ilə bağlıdır./oxu.az


SON XƏBƏRLƏR

22 Fevral 2025