• Bakı -0° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Bakı-Sumqayıt yolunda “BMW” yandı - VİDEO

HADİSƏ

23 Fevral 2025 | 20:38

Bakı-Sumqayıt yolunda “BMW” yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.

    Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

     


    SON XƏBƏRLƏR

    23 Fevral 2025