• Bakı -0° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Sabah bu universitetlərdə dərslər onlayn KEÇİRİLƏCƏK

CƏMİYYƏT

23 Fevral 2025 | 20:24

Sabah bu universitetlərdə dərslər onlayn KEÇİRİLƏCƏK

Azərbaycanda bir sıra universitetlərdə sabah dərslər onlayn formatda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə universitetlər məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət Universitetində bütün dərslər onlayn formatda baş tutacaq.

Buna səbəb kimi hava şəraitinin kəskinləşməsi göstərilib.

"Mövcud hava şəraiti ilə əlaqədar olaraq sabah UNEC-də bütün dərslər onlayn formatda keçiriləcək. Nəzərə almağınızı xahiş edirik", - universitetlərin paylaşımında bildirilib.


SON XƏBƏRLƏR

23 Fevral 2025