İsrail ordusu tank diviziyasını Cenin bölgəsinə göndərir və bir ay əvvəl İordan çayının Qərb sahilinin şimalında başlayan antiterror əməliyyatını genişləndirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Kan” radiosu isə bildirib ki, İsrail tankları sonuncu dəfə 20 il əvvəl İordan çayının qərb sahilində keçirdiyi “Müdafiə Qalxanı” əməliyyatından sonra Cenin bölgəsinə daxil olmuşdu.