• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Simonyan: Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi...

DÜNYA

25 Mart 2025 | 11:57

Simonyan: Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi...

“Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilməz, lakin Nikol Paşinyanın dövlət qurumlarına bu ölkə ilə aktiv əlaqələrin bərpasına göstəriş verdiyi ilə bağlı xəbərlər əsassızdır”.

Bakıvaxtı.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.

    O söyləyib ki, ölkəsinin siyasi vektorunu dəyişməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil:

    “Ermənistan öz suverenliyi və müstəqilliyini qoruyur. Biz yalnız aldadıldığımızı görəndə fikir bildirir, bununla bağlı məsələ qaldırırıq. Rusiya da daxil olmaqla, hər hansı bir dövlətlə əlaqələrimizə son qoyacağımızı deməmişik. Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilmərik”.

    A. Simonyan KTMT ilə bağlı danışarkən bildirib ki, bu qurum ilk növbədə özünün mövcud olub-olmadığını dəqiqləşdirməlidir.


    SON XƏBƏRLƏR

    25 Mart 2025