• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

FETÖ-yə yaxın olan iş adamının malikanələri satılmadı - FOTO

DÜNYA

25 Mart 2025 | 12:10

FETÖ-yə yaxın olan iş adamının malikanələri satılmadı - FOTO

Türkiyədə 15 iyul çevriliş cəhdini həyata keçirən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin yaxın adamı Akın İpekin malikanələri yenidən satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat dərc edib. 

Akın İpekə məxsus Koza-İpek Holdinqin bütün törəmə şirkətləri çevriliş cəhdindən sonra Türkiyə Sərvət Fonduna (TVF) təhvil verilib.

İş adamına məxsus daşınmaz əmlaklar arasında dünyanın ən gözəl və ən bahalı daşınmaz əmlakları arasında yer alan "White Mansion" və "Brown Mansion" da olub.

Bebek səmtində yerləşən bu iki malikanə ötən il iyunun 27-də 750 milyon lirə təxmini qiymətə hərraca çıxarılıb. Lakin hər iki malikanənin alıcısı olmayıb.

"Malikanələr bu il yenidən satışa çıxarılıb, lakin qiymət dəyişimi olmayıb". 


SON XƏBƏRLƏR

25 Mart 2025