• Bakı 18° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü

CƏMİYYƏT

24 Yanvar 2025 | 22:29

Xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 39 yaşlı kişi anidən ölüb.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, axşam saat 17 radələrində Zaqatala şəhər sakini 39 yaşlı İlkin Vidadi oğlu Məmmədov ağır formada təngənəfəslik əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.

Aparılan tibbi müdaxilələrə baxmayaraq İ.Məmmədovda xəstəxanaya daxil olduqdan bir qədər sonra ani ölüm qeydə alınıb.

İ.Məmmədovun anidən ölüm faktı ilə bağlı hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025