"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bakıvaxtı.az-ın məlumatına görə, "Facebook"da edilən paylaşımda baş vermiş hadisənin AZAL üçün son dərəcə ağır və faciəli olduğu qeyd edilib:
"Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq".
Qeyd edək ki, məlumata görə hadisə baş vermiş təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Əli Hüseynov