Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir “X” platformasındakı paylaşımında bildirib
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçirir, həlak olanlara və onların yaxınlarına hüznlə başsağlığı veririk. Bu dəhşətli qəzada yaralanan hər kəsə tezliklə şəfa diləyirik.”- deyə paylaşımında bildirilib.