“Selta” futbolçusu Yaqo Aspasla müqaviləni uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
La Liqa təmsilçisinin 37 yaşlı hücumçu ilə yeni anlaşması bir il müddətinə nəzərdə tutulub. Aspas 2026-cı ilin yayına qədər Viqo klubuna forma geyinəcək.
Qeyd edək ki, forvard cari mövsümün 16 oyununda 6 qol vurub.