• Bakı 13° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Yulian Naqelsmannla müqavilə müddəti uzadıldı

İDMAN

24 Yanvar 2025 | 14:20

Yulian Naqelsmannla müqavilə müddəti uzadıldı

Almaniyanın futbol üzrə millisinin baş məşçqisi Yulian Naqelsmannla müqavilə müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. 37 yaşlı məşqçi 2023-cü ilin sentyabrından komandanı çalışdırmağa başlayıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Y.Naqelsmannın rəhbərliyi altında Almaniya yığması AVRO-2024-ün 1/4 final mərhələsinə qədər irəliləyib və burada İspaniyaya məğlub olub - 1:2.

Qeyd edək ki, Y.Naqelsmann əvvəllər Almaniya klubları "Bavariya" "Leyptsiq" və "Hoffenhaym"ı da çalışdırıb. 2021/2022 mövsümündə "Bavariya"nı çempionluğa daşıyıb.


SON XƏBƏRLƏR

13 Mart 2025