• Bakı C

    9.76 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

"Real"ın ulduzu üçün rekord məbləğ ödəməyə hazırdırlar

İDMAN

22 Fevral 2025 | 22:44

Realın ulduzu üçün rekord məbləğ ödəməyə hazırdırlar

"Real Madrid"in vingeri Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının transfer hədəfi olmağa davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, braziliyalı oyunçu Madrid təmsilçisi ilə yeni müqavilə bağlamaq üçün hələ də razılıq verməyib. Bu halda Səudiyyə Ərəbistanı klubları "sambaçı"nı heyətinə cəlb etmək üçün rekord - 1 milyard avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. Ərəblər Vinisiusun mümkün transferinin Pro Liqaya ulduz axınını çoxaldacağını düşünür.

Qeyd edək ki, 24 yaşlı sol cinah hücumçusunun "Kral klubu" ilə sözləşməsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Vini cari mövsüm bütün turnirlər üzrə "Real Madrid"in heyətində 32 oyun keçirib, 16 qol və 12 asssistə imza atıb. (Offsideplus.az)


SON XƏBƏRLƏR

22 Fevral 2025