• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

UEFA Gürcüstana sanksiyalar tətbiq edə bilər

İDMAN

24 Mart 2025 | 16:12 | Müəllif: Gülşən Şərif

UEFA Gürcüstana sanksiyalar tətbiq edə bilər

“Ötən gün Gürcüstan-Ermənistan oyunundan sonra baş vermiş insident UEFA-nın sanksiyalarına səbəb ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Futbol Federasiyasının Prezidenti Levan Kobiaşvili yaydığı bəyanatda bildirib.

Onun sözlərinə görə, insident Gürcüstan futboluna ziyan vurmaqla yanaşı, ölkənin beynəlxalq imicinə də xələl gətirir.

“Qonaq komandanın azarkeşlərinə qarşı bu cür davranış yolverilməzdir. Baş verənlərə görə UEFA sanksiyalar tətbiq etsə, bu, həm milli yığmaya, həm də gürcü azarkeşlərə mənfi təsir göstərəcək”, – L.Kobiaşvili vurğulayıb.

Qeyd edək ki, ötəngünkü futbol matçı Gürcüstanın 6:1 hesablı qələbəsi ilə başa çatandan sonra bir qrup gürcü azarkeş meydana çıxaraq erməni azarkeşlərə tərəf plastik butulkalar ataraq onları qarşıdurmaya sövq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026