• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qalatasaray” 5 qolla finala yüksəldi

İDMAN

23 Aprel 2025 | 00:14 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” 5 qolla finala yüksəldi

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün bir matç keçirilib.

    "Konyaspor" "Qalatasaray"ı qəbul edib.

    Matça qonaqlar fəal başlayıblar. İlk yarıda Viktor Osimhen və Lukas Torreyra fərqlənib.

    İkinci hissədə "sarı-qırmızılılar" daha 3 qol vurublar. Yusuf Demir adını tabloya yazdırıbsa, Rolan Şallai dubl müəllifi olub. Meydan sahiblərinin gücü isə yalnız təsəlli topuna çatıb. Pedrinyo komandasının yeganə qolunu vurub - 1:5.

    Bununla da, "Qalatasaray" finala yüksəlib. Komandanın həlledici matçdakı rəqibi "Trabzonspor" - "Göztepe" cütünün qalibi olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026