• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırdı

İDMAN

24 Mart 2025 | 15:23

Ronaldu adını Ginnesin rekordlar kitabına yazdırdı

 Kirştianu Ronalduya "Ginnesin rekordlar kitabı"na düşməsi münasibətilə sertifikat təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu sertifikat 40 yaşlı hücumçuya UEFA Millətlər Liqasının 1/4 finalı üzrə Portuqaliya - Niderland (5:2) oyunundan öncə verilib.

Belə ki, Serxio Ramosun rekordunu (131) geridə qoyan Kriştianu Ronaldu milli komandada 132-ci qələbəsini qazanıb.

O bu nailiyyətə 2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər olan müddətdə nail olub. Portuqaliya millisi sonuncu dəfə ötən il noyabrın 16-da Polşanı məğlub edib (5:1). Sözügedən matçda Ronaldu dubla imza atıb.


SON XƏBƏRLƏR

25 Mart 2025