• Bakı C

    9.21 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

“Real”ın futbolçusu nəhəng klubların hədəfində

İDMAN

22 Fevral 2025 | 20:36

“Real”ın futbolçusu nəhəng klubların hədəfində

Bir neçə Avropa klubu “Real”ın 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə maraqlanır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

PSJ son transfer pəncərəsində ispan futbolçunu almağa cəhd edib. “Real”ın Asensionu satmaq fikrində olmadığı vurğulanır.

Futbolçunun özü də “kral klubu”ndan ayrılmaq istəmir.

22 yaşlı müdafiəçinin müqaviləsində 50 milyon avroluq satın alma maddəsi var.

Asensio cari mövsüm bütün turnirlərdə 34 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


SON XƏBƏRLƏR

22 Fevral 2025