• Bakı 26° C

    9.4 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Ronaldu ardıcıl 22 il...

İDMAN

24 Mart 2025 | 09:43

Ronaldu ardıcıl 22 il...

Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldu millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 40 yaşlı hücumçu bunu ötən gün UEFA Millətlər Liqasının 1/4 finalında Portuqaliyanın Danimarkaya qarşı cavab matçında həyata keçirib.

Hücumçu görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib. Bu oyundan sonra K.Ronaldu karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, Portuqaliya millisində 136 dəfə fərqlənib.

Qeyd edək ki, əlavə vaxta qədər uzanan qarşılaşma Portuqaliya yığmasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026