• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ancelotti "Real"dan ayrılacaq? - özü açıqladı

İDMAN

22 Aprel 2025 | 17:42

Ancelotti "Real"dan ayrılacaq? - özü açıqladı

İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti işindən məmnun olduğunu vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, 65 yaşlı mütəxəssis bu barədə "Marca" nəşrinə açıqlama verib.

"Gördüyüm işi sevirəm. Mümkün qədər uzunmüddətli fəaliyyət göstərmək istəyirəm. Təbii ki, klubdan getsəm, hər kəsə təşəkkür edəcəyəm və ayrılacağam", - K.Ançelotti deyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a məğlub olaraq mübarizəni dayandıran "Real" klubunun rəhbərliyi baş məşqçinin işindən narazıdır. Karlo Ançelottinin isə öz növbəsində Braziliya millisi ilə fəal danışıqlar apardığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026