• Bakı 18° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb

İDMAN

22 May 2025 | 14:39

Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb

Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qurumun dövlət reyestrinə daxil edilməsi ilə bağlı qərar verib.

    Qurumun əsas məqsədi Azərbaycan Voleybol Federasiyasının fəaliyyət istiqamətlərini əsas götürməklə Naxçıvan Muxtar Respublikasında voleybol idman növünü inkişaf etdirməkdən ibarət olacaq. Hazırda struktur və təşkilati məsələlərin həlli ilə bağlı işlər görülür.

    Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən Naxçıvan Voleybol Federasiyası 2025-ci ilin fevral ayında ləğv olunmuşdu.

     


    SON XƏBƏRLƏR