• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

DİQQƏT! Bu rayonlarda işıq OLMAYACAQ

CƏMİYYƏT

06 Iyul 2025 | 23:52

DİQQƏT! Bu rayonlarda işıq OLMAYACAQ

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində 7 iyul tarixində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025