• Bakı 28° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Bu gündən magistraturaya ixtisas seçimi başlayır

CƏMİYYƏT

07 Iyul 2025 | 09:50

Bu gündən magistraturaya ixtisas seçimi başlayır

Bu gündən ali məktəblərin magistratura pilləsinəö ixtisas seçimi başlayır. İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7-13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.

Dövlət İmthan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunub.


SON XƏBƏRLƏR

06 Iyul 2025