• Bakı 33° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Hacıqabulda qəza: xəsarət alanlar var

CƏMİYYƏT

06 Avqust 2025 | 08:33

Hacıqabulda qəza: xəsarət alanlar var

Hacıqabulda avtomobil qəzası olub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, “Jiquli” markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qubalı Baloğlan kənd sakinləri; 1969-cu il təvəllüdlü Talıbova İlhamə Sidqəli qızı, 1967-ci il təvəllüdlü Ağayeva Sərvinaz Sidqəli qızı, 1975-ci il təvəllüdlü Poladova Sevinc Əsgər qızı və 1994-cü il təvəllüdlü Talıbov Ruslan Həsən oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

05 Avqust 2025