• Bakı 23° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Ağdərədə yanğın törədən 3 nəfər SAXLANILDI

CƏMİYYƏT

04 Sentyabr 2025 | 20:12

Ağdərədə yanğın törədən 3 nəfər SAXLANILDI

Sentyabr 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar. 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.


SON XƏBƏRLƏR