• Bakı 33° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Ucarda qəzaya uğrayan minik avtomobili yanıb

CƏMİYYƏT

06 Avqust 2025 | 08:38

Ucarda qəzaya uğrayan minik avtomobili yanıb

Ucarda toqquşan iki avtomobildən biri yanaraq sıradan istifadəyə yararsız hala düşüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

    Belə ki, Balakən rayon sakini, 2003-cü il təvəllüdlü Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi "Ford" markalı avtomobil ilə Ağcabədi rayon sakini, 1993-cü il təvəllüdlü Fərrux Bəhrəm oğlu Hüseyinlinin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

    Qəza nəticəsində "Ford" anidən alışıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

    Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    05 Avqust 2025