• Bakı 27° C

    7.87 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

DÜNYA

07 Iyul 2025 | 09:13

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, prezident "Truth Social" platformasında Maskın "Amerika" partiyasını yaratmaq planlarını şərh edib.

"İlon Maskın son beş həftə ərzində tamamilə ağlını itirərək gəzən fəlakətə çevrilməsini müşahidə etmək məni kədərləndirir", - o bildirib.

Tramp qeyd edib ki, ABŞ-da üçüncü siyasi partiya heç vaxt uğur qazanmayıb, lakin bu fakta baxmayaraq, Maskı bu addımı atmaq istəyir: "Sistem bunun üçün nəzərdə tutulmayıb. Belə siyasi qüvvələr nifaq və xaos yaradır".


SON XƏBƏRLƏR

06 Iyul 2025