• Bakı 8° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ-də təyyarə qəzası: 4 nəfər ölüb

DÜNYA

06 Avqust 2025 | 08:36 | Müəllif: Əli Hüseynov

ABŞ-də təyyarə qəzası: 4 nəfər ölüb

ABŞ-nin Arizona ştatının Çinl hava limanı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir.

"Təxminən saat 12:40 (Bakı vaxtı ilə saat 23:40) radələrində Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayıb və yanıb. Təyyarənin göyərtəsində dörd nəfər olub, heç biri yerli sakin deyil, onların öldüyü təsdiqlənib", - press-relizdə deyilir.

Nəqliyyatda Milli Təhlükəsizlik Şurası və Federal Aviasiya Administrasiyasının əməkdaşları qəzanı araşdırmaq üçün hadisə yerindədir. Qəzanın səbəbi hələ açıqlanmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR