Rumıniya öz qoşunlarını Ukraynaya göndərməyəcək, lakin sülhməramlı əməliyyatlara yardım edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Antena 1” telekanalına müsahibəsində Rumıniya Prezidenti Nikuşor Dan deyib.
“Rusiyaya yaxın olan ölkələrin bir çoxu bizimlə eyni qərarı qəbul edib. Mümkün sülh və ya mümkün atəşkəsdən sonra Ukraynaya insanları göndərməmək... Amma biz bazalarımızla sülhməramlı əməliyyatlara maddi-texniki dəstək verəcəyik. Ancaq bunun üçün sülh və ya heç olmasa atəşkəs əldə edilməlidir", - deyə o bildirib.