Kanadanın Manitoba əyalətinin Hollou Uoter icmasında yerli ailəyə bıçaqla hücum nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CBC telekanalı polisə istinadən məlumat yayıb.
Yaralıların Vinnipeq tibb elmləri Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirildiyi, onlardan ikisinin helikopterlə xəstəxanaya aparıldığı qeyd edilir.
Kanada polisi hücumda şübhəli bilinən şəxsin də öldürüldüyünə aydınlıq gətirib. Məlumata görə, hadisə ilə əlaqədar magistral yol bağlanıb.