Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, 35 yaşlı Səməd Əliyev saxlanılıb.
Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotikləri satmaq məqsədilə əldə edib. Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı 




