• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Zelenski Türkiyəyə təşəkkür etdi

DÜNYA

05 Sentyabr 2025 | 00:42 | Müəllif: Subhan Mahmudov

Zelenski Türkiyəyə təşəkkür etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə təşəkkür edib.

Bakıvaxtı.az  xəbər verir ki, Zelenski X sosial media hesabında Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın qeydlərini paylaşaraq Türkiyəyə təşəkkürünü ifadə edib.

Vitse-prezident Yılmaz paylaşımında qeyd edib:

"Bu gün mən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı "İstəklilər koalisiyası"nın toplantısında təmsil etdim. Fransa Prezidenti cənab Emmanuel Makronun ev sahibliyi etdiyi görüşdə Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Trampın diplomatik səylərinə toxunuldu. Türkiyə olaraq qalıcı sülhün bərqərar olması üçün hər sahədə aparıcı rol oynamağa hazır olduğumuzu, tərəflər arasında diplomatiya və dialoqa üstünlük verilməsinin zəruriliyini bir daha bəyan edirik. Ədalətli və davamlı sülh əldə olunana qədər bütün imkanlarımızla diplomatik prosesə töhfə verməyə davam edəcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026