İyulun 15-də Milli Məclisinin deputatları tətilə çıxacaqlar.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.
Tətil müddəti avqustun 30-dək davam edəcək.