"ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri Ukraynanı məğlubiyyətdən xilas etməyəcək".
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis deyib.
Onun fikrincə, Rusiya Uitkoffun irəli sürdüyü təkliflərlə razılaşmayacaq:
"Rusiya Silahlı Qüvvələri bütün cəbhə xətti boyunca Ukrayna qoşunlarını məhv etməyə davam edəcək. Zelenskinin hələ də Ukrayna tamamilə məhv edilməmiş bu münaqişəyə son qoymaq imkanı var".
Qeyd edək ki, bu gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. O, paytaxtda Rusiya rəhbərliyi ilə danışıqlar aparacaq. Danışıqlardan sonra Donald Tramp Rusiyaya qarşı tariflər və Rusiya neftini alan tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar barədə qərar verəcək.
Gülşən Şərif