• Bakı 27° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

İkiqat olimpiya çempionu karyerasını bitirir

İDMAN

07 Iyul 2025 | 10:02

İkiqat olimpiya çempionu karyerasını bitirir

ABŞ-nin basketbol millisinin üzvü, ikiqat olimpiya çempionu Kris Pol 2025/2026 mövsümünün sonunda karyerasını bitirəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə özü bildirib.

40 yaşlı basketbolçu növbəti mövsümün onun üçün sonuncu olacağını deyib.

Qeyd edək ki, 2024-cü ildən Milli Basketbol Assosasiyası təmsilçisi "San Antonio"da çıxış edən K.Pol Pekin (2008) və Londonda (2012) keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. Həmçinin ABŞ millisinin heyətində 2006-ci ildə dünya çempionatının bürünc medalını qazanıb. O, "All-Star"da 12 dəfə iştirak edib.


SON XƏBƏRLƏR