• Bakı 27° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

900 bağçada monitorinqlər keçirilib

CƏMİYYƏT

07 Iyul 2025 | 10:31

900 bağçada monitorinqlər keçirilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı və regionlarda fəaliyyət göstərən 900 məktəbəqədər təhsil müəssisəsində qida və infrastruktur üzrə monitorinqlər keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Qeyd olunub ki, bağçalarda 3200-ə yaxın direktor, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib.

Hesabata əsasən, bu il ölkə üzrə 9 yeni bağçanın açılması planlaşdırılır.

Bildirilib ki, 2024-cü ildə yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu ilin ötən dövründə 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. Bu ilin yanvar ayından etibarən 11 bağçanın (2-si açılıb, 9 bağçanın açılması planlaşdırılır: ümumi tutumu - 900 yer) fəaliyyətə başlaması nəzərdə tutulub.


SON XƏBƏRLƏR