İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.
Həmçinin 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 qadın, 2 kişi) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.