• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Azərbaycanda minaaxtaran qadınların sayı açıqlandı

CƏMİYYƏT

05 Sentyabr 2025 | 10:02

Azərbaycanda minaaxtaran qadınların sayı açıqlandı

Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar.

Qeyd edək ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar ilk olaraq Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.


SON XƏBƏRLƏR