Naxçıvan Muxtar Respublikasında havaların kəskin isti keçməsi nəticəsində günvurma hallarının sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindənverilən məlumata görə, cari ilin iyun-iyul aylarında günvurma diaqnozu ilə ümumilikdə, 58 nəfər tibb müəssisələrinə müraciət edib.
Mütəxəssislər vətəndaşlara günvurma riskinə qarşı ehtiyatlı olmağı, xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərin günəş şüalarından qorunmalarını tövsiyə edirlər.
Qeyd edək ki, günvurma uzun müddət günəş altında qalmaq nəticəsində bədənin temperaturunun normadan artıq qalxması ilə müşayiət olunan və həyati təhlükə yarada bilən vəziyyətdir.