• Bakı 33° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Xanım Qafarovanın ailəsində ağır itki 

CƏMİYYƏT

06 Avqust 2025 | 09:58

Xanım Qafarovanın ailəsində ağır itki 

Mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın ailəsinə ağır itki üz verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, onun bacısı Rübabə Qafarova dünyasını dəyişib.

Ailənin yaxınları bunu Bakıvaxtı.az-a təsdiqləyib.

Məlumata görə, R.Qafarova gözdən əlil olub.

Onu da bildirək ki, Xanım Qafarovanın anası Gövhər Qafarova bu ilin may ayında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, sevilən aktrisa Xanım Qafarova  2014-cü il 11 iyulda 47 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Turan Etibaroğlu


SON XƏBƏRLƏR

05 Avqust 2025