Ötən sutka ərzində İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində 80-dən çox fələstinli həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, iyulun 6-da bölgədə ən azı 82 nəfər ölüb.
Onlardan 39-u Qəzza şəhərindəki Şeyx-Rədvan rayonuna endirilən zərbə nəticəsində həlak olub.
Bundan başqa, dağılan binaların altında qalanlar, o cümlədən uşaqlar da var.