• Bakı 28° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Tonqa sahillərində güclü zəlzələ 

DÜNYA

07 Iyul 2025 | 09:12

Tonqa sahillərində güclü zəlzələ 

Tonqa Krallığının Tonqatapu adasının şərq sahilində 5,5 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri ada dövlətinin paytaxtı, 24 mindən çox insanın yaşadığı Nukualofa şəhərindən 60 km aralıda olub. Zəlzələnin ocağı təxminən 34 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.


SON XƏBƏRLƏR