Yaponiyanın cənub-qərbində yerləşən Tokara adalarında 16 gün ərzində 1592 zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin gücü 1 ilə 6 bal arasında dəyişib. Yeraltı təkanlar 21 iyun — 7 iyul tarixləri arasında qeydə alınıb.
Məlumatda əlavə edilib ki, Tokara adaları Kaqoşima prefekturasına aiddir.
Əli Hüseynov