Ukraynanın Zaporojye vilayətinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb.
Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
"Xəsarət alanların sayı 12-yə çatıb. Yaralılar arasında 4 uşaq var. Beş nəfər ağır və orta vəziyyətdə xəstəxanaya göndərilib", - o, teleqram səhifəsində yazıb.
Qeyd olunur ki, azı 9 bina zərər görüb.