BMT Əfqanıstanda avqustun 31-də baş verən 6 bal gücündə zəlzələnin bölgədə su qıtlığını daha da pisləşdirdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Təşkilatın sözçüsü Stefan Düjarrik əvvəlki daşqınlarda zərər görmüş su ehtiyatlarının vəziyyətinin ağırlaşdığını vurğulayıb.
Rəsmilərin açıqlamasına görə, fəlakət nəticəsində 2205 nəfər həlak olub, 3640 nəfər isə yaralanıb.
Qeyd edək ki, BMT-nin humanitar yardım qrupları hazırda bölgədə zərərçəkənlərə dəstək göstərməyə davam edir.
Əli Hüseynov