Bursada keçirilən əməliyyat zamanı 300 min narkotik həb və 48 kiloqram xammal ələ keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Daxili işlər naziri Əli Yerlikaya açıqlamasında əməliyyatın Orxanqazi rayonunda həyata keçirildiyini bildirib.
Məlumata görə, əməliyyatda üç şübhəli saxlanılıb, onlardan ikisi həbs olunub, biri isə məhkəmə nəzarəti altında buraxılıb.
Nazir uğurlu əməliyyata görə Bursa valiliyini, Respublika Baş Prokurorluğunu və polis əməkdaşlarını təbrik edib.
Yerlikaya vurğulayıb ki, gənclərin gələcəyi üçün narkotik tacirlərinə qarşı mübarizə davam edəcək.
Əli Hüseynov