• Bakı 32° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

ABŞ Ukraynaya 203,5 milyon dollarlıq hərbi texnika satacaq

DÜNYA

06 Avqust 2025 | 10:36

ABŞ Ukraynaya 203,5 milyon dollarlıq hərbi texnika satacaq

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 203,5 milyon dollar dəyərində hərbi texnika və xidmətlərin satışına icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, satış paketinə M777 haubitsaları üçün ehtiyat hissələri, texniki xidmət və logistika dəstəyi daxildir.

Qeyd edilib ki, bu satış Ukraynanın özünümüdafiə qabiliyyətini və regional təhlükəsizlik missiyalarını gücləndirməyə yönəlib.

Məlumata görə, əsas podratçı kimi Birləşmiş Krallıqda yerləşən BAE Systems şirkəti seçilib.

Bildirilib ki, satış Dövlət Departamenti tərəfindən təsdiqlənib və Ukraynanın mövcud təhdidlərə qarşı müqavimətini artıracağı bildirilir.


SON XƏBƏRLƏR

05 Avqust 2025